“Diaspor Komitəsində kadr dəyişiklikləri olacaq” - Fuad Muradov (VİDEO)

“Diaspor Komitəsində kadr dəyişiklikləri olacaq”  - Fuad Muradov (VİDEO)
  09 May 2018    Oxunub:5547
"Cənab prezident diaspora işi ilə bağlı çox ciddi tapşırıqlar verib. Mütləq qaydada kadr dəyişiklikləri olacaq"

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, bu istiqamətdə ciddi işlər aparılır.
"Çalışırıq ki, komitənin işində yeni istiqamətlər olsun. Yeni kadrlar müxtəlif dilləri bilməlidir. Bu çox vacibdir. Çünki bu gün bizim soydaşlarımız 100-dən çox ölkədə məskunlaşıb. Bəlkə də bəzilərimiz bunu düşünmürdük. Bu gün elə bir guşə yoxdur ki, azərbaycanlılar orada olmasın".




F.Muradov qeyd edib ki, diaspora işi tək xaricdə yaşayan azərbaycanlılarla bağlı deyil, həm də ölkəmizdə yaşayan xaricilərlə bağlı olmalıdır.

"Bu sahədə ikitərəfli istiqamətlər olmalıdır. Bizim şüarımız ondan ibarətdir ki, vətən uzaqda deyil. Çalışmalıyıq ki, komitəyə bizim xaricdə yaşayan vətəndaşlarımızı cəlb edək. Onların içərisində elm adamları, biznesmenlər və yaxşı mütəxəssislər olmalıdır. Şübhəsiz ki, verilən tapşırıqlar dərhal yerinə yetiriləcək. Kim yeni tələbləri, yanaşmaları qəbul edəcəksə, onların hamısı işini davam etdirəcək".

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Fuad-Muradov   Diaspora  





Xəbər lenti