`Bombamızı görür, şalvarımızı görmür`

`Bombamızı görür, şalvarımızı görmür`
  09 Oktyabr 2013    Oxunub:1206
İranda cins şalvarın qadağan olunduğunu deyən İsrailin Baş nazirini sadə iranlılar lağa qoyub.
Buna səbəb islailli Baş nazirin İranda vətəndaşlara güya "cins şalvarda gəzməyin qadağan olunması" barədə söylədiyi fikir olub.

Ötən cümə günü BBC Fars xidmətinə müsahibə verən Benjamin Netanyahu deyib ki, "İranlılar azad olsaydı cins şalvar geyərdi, Qərb musiqisini dinləyərdi, azad seçkilərdə iştirak edərdilər".
Yüzlərlə iranlı sosial şəbəkələrdə İsrail Baş nazirinin bu fikirlərinə istehza ilə qarşılayıblar.

Şosial şəbəkələrdə yerləşdirilmiş bir çox postlarda əyinlərində cins şalvar və Qərb musiqisini dinləyən gənc iranlılar komik vəziyyətdə təsvir olunub.

İranda qadınlardan baş örtülməsi və xarici geyimdə təvazökarlığa əməl edilməsi tələb olunsa da, ölkədə vətəndaşların cins şalvar geyməsinə və Qərb müsiqisini dinləmələrinə qadağa qoyulmayıb.
İsrail Baş naziri öz mühasibəsində eləcə də deyib ki, "İran nüvə silahı əldə etsə, bu, iranlıların həyatının pisləşməsinə səbəb ola bilər".

Buna cavab olaraq Facebook sosail şəbəkəsinin iranlı istifadəçilərindən biri öz səhifəsində yazıb: "O, bizim bombamızı gördüyünə əmindir, amma cins şalvarlarımızı görmür".(BBC)


Teqlər:  





Xəbər lenti