Novruz Məmmədov Medvedevi təbrik edib

Novruz Məmmədov Medvedevi təbrik edib
  09 May 2018    Oxunub:1630
Azərbaycanın baş naziri Novruz Məmmədov Dmitri Medvedevi Rusiya Federasiyasının hökumət başçısı təyin olunması münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qeyd edək ki, namizdəliyi Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən Dmitri Medvedevin baş nazir seçilməsi üçün Rusiya Dövlət Dumasının 374 deputatı lehinə, 56-sı isə əleyhinə səs verib. Medvedevi dəstəkləyən siyasi partiyalar “Vahid Rusiya” və Lideral Demokratlardır. Rusiya Kommunist və “Ədalətli Rusiya” patiyaları isə onun seçilməsinə qarşı olublar.

Bununla belə, Medvedev 2012-ci illə müqayisədə daha çox səs toplayaraq, yenidən Rusiyanın baş naziri seçilib. Baş nazir seçildikdən sonrakı nitqində Dmitri Medvedev qısa müddətdə hökumətin yeni tərkibini ölkə prezidentinə təqdim edəcəyini bildirib. Putinin yeni hökumət qarşısında qoyduğu başlıca vəzifə isə 2024-cü ilədək Rusiyanın milli maraqları və inkişafına yönələn strateji tapşırıqların icrasıdır.

AzVision.az




Teqlər: Rusiya   Novruz-Məmmədov  





Xəbər lenti