"Ölməz Alay" yürüşündə ermənilər təxribata əl atıb
Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının ayıq-sayıqlığı nəticəsində erməni təxribatçı saxlanılaraq polis bölməsinə aparılıb.
Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı fondunun rəhbəri Şamil Tağıyev interpress-ə bildirib ki, ötən gün Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsində Azərbaycan və Ermənistan diaspor nümayəndələri ilə görüşdə "Ölməz alay" ümumxalq yürüşündə təhlükəsizliyə riayət olunması müzakirə edilib.
Azərbaycan və Ermənistan diasporunun nümayəndələrinə yürüş günü ötənilki kimi, qarışıqlığa gətirib çıxaracaq təxribat ola biləcəyi ilə bağlı narahatlıq bildirilib. Rusiya DİN Baş İdarəsinin nümayəndələrinin xəbərdarlıqına baxmayaraq ermənilər yenə təxribata əl atdılar.
Diaspor sədri bildirib ki, ermənilər etdikləri bu təxribata görə Rusiya qanunları qarşısında cavab verəcəylər.
AzVision.az