İdmançının maykası 48 min dollara satılıb

İdmançının maykası 48 min dollara satılıb
  10 May 2018    Oxunub:1766
“Vaşinqton” NBA basketbol klubunun oyunçusu, məhşur basketbolçu Maykl Cordanın idman oyunlarında geyindiyi, soyadı və imzasının olduğu mayka auksionda təqribən 48 min dollara satılıb.
AzVision.az xəbər verir ki, bu barədə ESPN jurnalisti Darren Rouell öz "Tvitter" hesabında məlumat verib.

Bu, basketbolçunun “Vaşinqton” komandasındakı oyunu dövründə istifadə etdiyi maykaların satışına verilən ən böyük məbləğdir.

Qeyd edək ki, əvvəllər “Çikaqo” komnadasında altıqat NBA çempionu olan Maykl Cordan 2001-2003-cü illərdə “Vaşinqton” komandasında oynayıb.

AzVision.az


Teqlər: Maykl-Cordan  





Xəbər lenti