İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tədqiqatının nəticəsinə görə ispanların savadlılıq səviyyəsi aşağı olub.
AzVision.az The Local-a istinadən xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Beynəlxalq Proqram çərçivəsində təhsil nailiyyətinin qiymətləndirilməsi üzrə apardığı tədqiqat nəticəsində ispanların savadsızlığı ortaya çıxıb. Onların oxu və riyaziyyat üzrə çatışmazlıqları daha çox üstünlük təşkil edib. Tədqiqata görə, ispanlar oxu üzrə 23 inkişaf etmiş ölkələrin göstərdiyi orta səviyyədən aşağı bal toplayıblar. İspaniyanın riyaziyyat üzrə nəticələri də digər Avropa dövlətlərindən geridə qalıb. Ən yüksək bal toplayan ölkələr Finlandiya, Hollandiya, Yaponiya, İsveç və Avstraliya olub. Sorğuda müxtəlif ölkələrdən 16-65 yaşlar arasında 166 min adam iştirak edib. Xatırladaq ki, 2001-ci ilin tədqiqatı zamanı az bal toplayan Almaniyada təhsil islahatı keçirilmişdi.