Lider TV-nin filmi ABŞ-da təqdim olundu

Səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb, onun müasir dövlətçiliyimizin qurucusu kimi fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təqdim olunan filmin özəlliyi geniş auditoriyaya məlum olmayan xatirələrdir.
Ekran əsərinin ssenari və ideya müəllifi, jurnalist, filologiya üzrə fəlsəfə doktoru Elnur Niftəliyevdir. O bildirib ki, filmin ABŞ-da təqdim olunması böyük əhəmiyyət kəsb edir. Milli lider Heydər Əliyev ömrünün son dövrünü məhz burda, Amerika Birləşmiş Ştatlarında keçirib. Eyni zamanda ABŞ-la Azərbaycan arasında uğurlu əməkdaşlığın, strasteji əlaqələrin təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulub.
ABŞ-ın aparıcı həkimlərinin milli liderlə bağlı xatirələrinin əks olunduğu ekran əsərində, eyni zamanda çox qiymətlı və nadir arxiv kadrlardan da istifadə edilib. Ekran əsəri milli lider Heydər Əliyev irsinin araşdırılmasında yeni səhifə, qiymətsiz vıdeomaterialdır. Xatırladaq ki, ulu öndərin 95 illik yubileyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarının paytaxtında təqdim olunan “Unudulmaz” sənədli filminin təqdimat mərasimləri bundan öncə, Bakıda, Özbəkistanın paytaxtı Daşkənd şəhərində gerçəkləşib.
Teqlər: