“Mentorlarla səhər yeməyi”nə Azercell-dən dəstək
Hər ay Barama mərkəzi tərəfindən təşkil olunan görüşlərdə uğurlu biznes adamları və sahibkarlar gənc startaplarla aktual məsələləri və üzərində çalışdıqları layihələri müzakirə edir, gələcəkdə reallaşdırılması mümkün olan işlər üçün dəyərli məsləhətlər verir. Görüşdə biznesin idarə olunması, investor və tərəfdaşların aşkar edilməsi, satışların artırılması, əlaqələrin genişləndirilməsi və s. mövzular üzrə diskussiyalar da aparılır.
Məlumat üçün bildirək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə Azercell şirkəti tərəfindən yaradılıb. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.
Teqlər: