“Washington Post” Azərbaycandakı seçkidən yazdı

“Washington Post” Azərbaycandakı seçkidən yazdı
  09 Oktyabr 2013    Oxunub:1084
ABŞ-ın nüfuzli “WashingtonPost” qəzetində Azərbaycandakı seçki ilə bağlı yazı dərc olunub. AzVision.az həmin yazının xülasəsini təqdim edir.

`Azərbaycan Prezidenti 3-cü dəfə qalib gəlməyə hazırlaşır`


Neftlə zəngin olan Azərbaycan hazırda yüksəliş dövrünü yaşayır və maliyyə vəsaitləri ölkənin kasıb təbəqələrinə də axaraq gəlib çatır. Bu isə o deməkdir ki, ölkə prezidenti öz hakimiyyətini davam etdirilməsi üçün o qədər də böyük əziyyət çəkmir. Belə görünür ki, İlham Əliyev öz qələbəsində o qədər əmindir ki, müxalifətə edilən təzyiqləri nisbətən yumşaldaraq onlara Bakıda aksiya keçirməyə şərait yaratmışdır. İlham Əliyev öz şəxsiyyəti ətrafında yaranan pərəstişin səmimi olduğuna inanıb, hətta seçki kampaniyası keçirtməyə belə lüzum görmədi.

İngilis dilində səlis danışan və dəbli kostyumlar geyinən İlham Əliyev Qərb siyasətçisi təsirini bağışlayır. Eyni zamanda, o öz Şiə dövləti ilə Qərb arasında yaxın əlaqələr qurub, bununla da Qərbin enerji və təhlükəsizlik maraqlarını qoruyur və strateji Xəzər regionunda Rusiyanın təsirini önləyir. Bu strategiya inanılmaz sərvətə çevrilib.

Əliyevlər hakimiyyəti dövründə 9 milyonluq millət neft gəlirlərindən bəhrələnir və bunun nəticəsi kimi ÜDM 3 dəfə artmışdır, bir vaxtlar qumlu şəhər təsirini bağışlayan Bakı müasir şəhərə çevrildi. İlin əvvəlində Dövlət Neft Fondunda 39 milyard neftdən əldə olunan gəlirlər toplanıb.

Zəif siyasi rəqiblər fonunda İlham Əliyevin müxalifətin namizədi və digər namizədlərdən üstün olması demək olar ki şübhəsizdir.

Hakim Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov bildirir ki, prezidentin seçki kampaniyasına ehtiyacı yoxdur, çünki bölgələrə tez-tez edilən səfərlər nəticəsində ölkə başçısı sakinlərlə yaxın təmaslar qurub. “Ölkə başçısının seçki kampaniyası ərzində təbliğatla məşğul olmağa ehtiyacı yoxdur”- Əhmədov deyir.

Azərbaycan, ABŞ-ın rəhbərliyi altında İraq və Əfqanıstanda keçirilən hərbi əməliyyatlar üçün silahlı qüvvələrini göndərməklə, habelə Əfqanıstandakı ABŞ əsgərlərini təchizatında mühüm rol oynamaqla, Qərblə öz əməkdaşlığını daha da möhkəmləndirdi.
Ekspertlər ərəb baharı yaşayan Yaxın Şərqlə və Azərbaycanı müqayisə edir. “Bunlar tamamilə ayrı inkişaf dönəmində dayanan ayrı cəmiyyətlərdi”- Moskvanın şərqşünaslıq İnstitutunun aparıcı eksperti Zvyaqelskaya bunu deyir.”Ərəb dünyasında baş verənlər sovet ölkələri üçün model ola bilməz”.
Teledebatları izləyən 47 yaşlı evdar xanım, Gülnarə Səmədova deyir ki, namizədlərdən heç biri onun ailə üzvlərinin diqqətini cəlb etmədi. “Eşitdiyimiz ancaq qarşılıqlı ittihamlar və təhqirlər idi, ölkənin inkişaf proqramı yox.”,o deyir. “Biz stabilliyə səs verəcəyik”.


Teqlər:  





Xəbər lenti