Türkiyə kubokunun qalibi bəlli oldu

Türkiyə kubokunun qalibi bəlli oldu
  10 May 2018    Oxunub:1367
Türkiyə kubokunun final oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “Yeni Diyərbəkir” stadionunda baş tutan matçda “Akhisarspor” “Fənərbağça” ilə üz-üzə qəlib. Maraqlı idman mübarizəsi şəraitində keçən oyunda qapılara 5 qol vurulub.

Qarşılaşmanın favoriti sayılan “Fənərbağça” rəqibinə 2:3 hesabı ilə məğlub olub. Bununla da “Akhisarspor” komandası tarixində ilk dəfə Türkiyə kubokunu qazanıb.

AzVision.az


Teqlər: Türkiyə   Kubok   Final  





Xəbər lenti