Türkiyə kubokunun qalibi bəlli oldu

Türkiyə kubokunun qalibi bəlli oldu
  11 May 2018    Oxunub:1510
Türkiyə kubokunun final oyunu keçirilib.
AzVision.az xəbər verir ki, “Yeni Diyərbəkir” stadionunda baş tutan matçda “Akhisarspor” “Fənərbağça” ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda qapılara 5 qol vurulub.

Qarşılaşmanın favoriti "Fənərbağça" hesab olunsa da, oyun “Akhisarspor”un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Akhisarspor” komandası tarixində ilk dəfə Türkiyə kubokunu qazanıb.

AzVision.az


Teqlər: Türkiyə   Kubok   Final  





Xəbər lenti