Azərbaycan və Türkiyə üçün tarixi gün - VİDEO

Azərbaycan və Türkiyə üçün tarixi gün - VİDEO
  11 May 2018    Oxunub:3347
Azərbaycan təbii qazını Türkiyəyə nəql edəcək Trans-Anadolu (TANAP) boru kəmərinin istifadəyə veriləcəyi tarix dəyişdirilib.
AzVision.az-ın məlumata görə, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayraq TANAP-ın iyunun 12-də istifadəyə veriləcəyini açıqlayıb.

O, bildirib ki, 100 ilin layihəsi adladırılan TANAP-da son tamamlanma işləri gedir: “Bu gün sizlərə layihənin açılışının ediləcəyi tarixin müjdəsini vermək istəyirəm. TANAP-ın açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və bir sıra dövlətlərin rəhbər şəxlərinin iştirakı ilə iyunun 12-də keçiriləcək".

“Avropa “Nabucco” qaz kəməri layihəsini illərcə danışdı. Amma bir addım irəli apara bilmədi. Lakin Azərbaycanla Türkiyə birgə əməkdaşlıqla böyük layihəni reallaşdırdı. Necə? Sabitlik, güclü liderlik, gələcəyə baxış sayəsində. Bununla da onlarla illik xəyal həqiqət oldu” - B.Albayraq vurğulayıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: TANAP  





Xəbər lenti