“Eurovision”da niyə finala keçə bilmədik? - Məşhurlardan fərqli mövqe

“Eurovision”da niyə finala keçə bilmədik? - Məşhurlardan fərqli mövqe
  11 May 2018    Oxunub:11825
Xəbər verdiyimiz kimi, ötən gün Portuqaliyanın paytaxtı Lissabonda “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. 18 ifaçı finala keçmək uğrunda mübarizə aparıb. Nəticələrə əsasən, Serbiya, Moldova, Macarıstan, Ukrayna, İsveç, Avstraliya, Norveç, Danimarka, Sloveniya, Niderland təmsilçiləri finala adlaya bilib.
Maraqlı məqam odur ki, postsovet ölkələrindən yalnız Ukrayna finala çıxa bilib. Başda Rusiya olmaqla digər ölkələr isə yarışı dayandırmalı olub.

“Eurovision-2018” mahnı müsabiqəsində Azərbaycanın milli münsiflər heyətinin üzvü, AzTV-nin Musiqi və Əyləncəli Verilişlər Departamentinin baş redaktoru Nurlana Cəfərova AzVision.az-a deyib ki, təmsilçimiz Aysel Məmmədovanın finala keçə bilməməsi sadəcə təsadüfdür.

“Belarusiyanın ifaçısı məşhur olmasına baxmayaraq, performansı zəif və sönük idi. İfası qənaətbəxş deyildi. Mənə elə gəlir ki, o, həyacanlı olması səbəbindən finala keçə bilmədi. Rusiya ilə bağlı isə onu deyə bilərəm ki, onların da çıxışı zəif idi. Eyni zamanda, ola bilər ki, fiziki qüsurlu xanımın çıxışı birmənalı qarşılanmayıb, deyə yetəri qədər səs toplamayıb. Buna görə də finala keçə bilmədi. Gürcüstanlı ifaçının da ifası sönük idi. Aydın məsələdir ki, gürcülər ənənələrinə sadiq qalaraq öz musiqilərini təbliğ etməyə çalışırlar. Mənə elə gəlir ki, Avropa tamaşaçısını heç nə ilə təccübləndirə bilmədikləri üçün turu keçə bilmədilər.

Öz təmsilçimizə gəlincə, Aysel çox istedadlı, gözəl ifaçıdır. Maraqlı səs tembiri var. İfası qənaətbəxş idi. Düşünürəm ki, hər şey yolunda idi. Onun finala keçə bilməməsini sadəcə bir təsadüf adlandırmaq olar. Çünki bir çox məşhur bloggerlərin, xarici jurnalistlərin neçə gündür yazılarını oxuyuram. Görünür, bizim təmsilçimizin finala keçməməsi bir çoxlarını təccübləndirib. O, heç də digələrindən geridə qalmırdı. Yəqin ki, bu, nə vaxtsa bizim də başımıza gəlməli idi və normal qarşılamaq lazımdır”.

Xalq artisti Mübariz Tağıyev müsabiqədə siyasətin əsas rol oynamadığını, hər şeyin dinləyici zövqünə bağlı olduğunu deyib.

“Həmişə belə olur, gözlənilməyən yerdən kimsə keçir, kimsə keçmir. Bunu postsovet ölkələrindən olması ilə bağlamaq düzgün deyil. Burada bir siyasi məsələ yoxdur. Seçilənlər də normaldır. Başa düşülməyən heç nə yoxdur. Hər şeyi biz siyasətə bağlayırıq, ancaq hər şey onunla həll olunmur. Dinləyici özü görür və eşidir. Ola bilər ki, tamaşaçı onları seçməyib. Azərbaycanın təmsilçisi Ayselin də ifası çox normal idi”.

Azərbaycanın caz ifa edən ilk qadın müğənnisi, müsabiqənin münsiflər heyətinin digər üzvü Tünzalə Qəhrəman isə müsabiqədə siyasətin böyük rol olduğunu bildirib.

“Avstriya və Bolqarıstanın ifası çox xoşuma gəldi. Gürcülər yaxşı idi. İsrail isə xoşuma gəlmədi. Amma müsabiqə üçün orijinal idi. Rusiya ifaçısının performansını elə də bəyənmədim. Bu, sadəcə siyasətdir. Təbliğatdır ki, homseksuallar, lezbiyanlar keçsinlər.

Ayselin ifasına gəlincə, normal preformans göstərdi. İstedadlı xanımdır. 5-ci və 7-ci yerdə ola bilərdi. Ötən il çıxış edən ifaçımız Diananı da çox bəyənmişdim. Dediyim kimi bu bir siyasətdir. Mənim millətim istedadlıdır. Sadəcə adamın da gərək bəxti ola”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Eurovision   Aysel-Məmmədov  





Xəbər lenti