Azərbaycanda 4500 Türkiyə vətəndaşı səs verəcək - (VİDEO)

Azərbaycanda 4500 Türkiyə vətəndaşı səs verəcək - (VİDEO)
  12 May 2018    Oxunub:2996
Azərbaycanda 4500 Türkiyə vətəndaşı səsvermə hüququna malikdir.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib. Diplomat deyib ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər:
"Hazırda Türkiyədə keçiriləcək parlament və prezident seçkilərinə ciddi hazırlıq işləri davam etdirilir. Bildiyiniz kimi, Türkiyədə keçiriləcək prezident seçkilərində artıq namizdələrin adları məlumdur. Önümüzdəki həftə isə parlament seçiklərində iştirak edəcək namizədlərin adları açıqlanacaq”.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.



Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Səfir   Seçki  





Xəbər lenti