Radik İsayev ikiqat Avropa çempionu oldu

Radik İsayev ikiqat Avropa çempionu oldu
  14 May 2018    Oxunub:3276
Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisi növbəti medalını qazanıb.

AzVision.az xəbər verir ki, 87 kq-dan yuxarı çəkidə çıxış edən Radik İsayev bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Bununla da 28 yaşlı idmançı karyerasında ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, İsayev ilk dəfə 2014-cü ildə Bakıda keçirilən qitə çempionatında bu titula yiyələnib. Onun aktivində dünya və olimpiya çempionluğu da var.

AzVision.az


Teqlər: Radik-İsayev  





Xəbər lenti