Ərdoğan Suriyanı xilas etmək istəyir - (VİDEO)
Ərdoğan qeyd edib ki, Suriya probleminin həlli üçün iki proses var: “Bunun birincisi Cenevrə, digəri isə Astana prosesidir. Cenevrə bu işi həll edə bilmədiyindən Astana prosesi başlayıb. Astanada atılan addımlar Cenevrə prosesini ortadan qaldırmağa hesablanmayıb. Sadəcə Cenevrənin tamamlayıcı hissəsidir. Bundan başqa daha bir addım atdıq. Bunun biri Soçidə oldu. Soçidən sonra Ankarada görüşdük. Bundan sonra Tehranda görüş keçirəcəyik. Buradakı hədəfimiz Suriya xalqını düşdüyü vəziyyətdən çıxarmaqdır”.
Ərdoğan Suriyada terror rejiminin hakimiyyətdə olduğunu qeyd edib: “Suriyada terror rejimidir. Atadan qalan rejim bütün xəyanətkarlığı ilə davam edir. Hazırda Suriyada terror dövləti mövcuddur. Suriya terror dövlətindən xilas olmalıdır”, - Ərdoğan vurğulayıb.
Kənan Məmmədov
AzVision.az
Teqlər: Ərdoğan Türkiyə Suriya