Nazirlik balıqların ölüm səbəbini açıqladı
ETSN-nin Azərbaycan Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun mütəxəssislərinin rəyinə görə son 10 il ərzində yaz aylarında balıqların kütləvi çoxalma miqrasiyası zamanı Azərbaycanın bir çox körfəzlərində (Dəvəçi limanı, Kiçik Qızıl Ağac körfəzi, Mingəçevir Su Anbarının kiçik körfəzləri), həmçinin Kür çayının aşağı axar axmazlarında müşahidə olunan balıqların oxşar kütləvi tələfi son dövrdə iqlim dəyişiklikləri, o cümlədən havanın qəflətən anomal istiləşməsi, balıqların yaşama su mühitində hidrofiziki göstəricilərinin qeyri-optimal dəyişilməsi və bununla əlaqədar olaraq ən həssas olan çoxalma miqrasiyası prosesində balıq orqanizminin bu dəyişikliklərə evolyusion-genetik olaraq fizioloji uyğunlaşmaması ilə bağlıdır.
Qeyd edək ki, çapaq balığı çoxalmaq üçün martın axırlarından başlayaraq may ayına qədər əsasən Mingəçevir Su Anbarının dayaz olan körfəzlərinə girirlər, burada çoxalır, sakit axan, sualtı bitkilərlə zəngin su mühitinə üstünlük verirlər.
AzVision.az