Qəzzada ölənlərin sayı 59-a çatıb - (VİDEO)

Qəzzada ölənlərin sayı 59-a çatıb - (VİDEO)
  15 May 2018    Oxunub:5094
Qəzzada İsrail ordusu ilə qarşıdurmada ölən fələstinlilərin sayı 59-a çatıb.

AzVision.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
***
Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 55 nəfərə çatıb, 2771 nəfər yaralanıb.

“RİA Novosti” agentliyi bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra istinadən məlumat yayıb. Bildirilib ki, ölənlərdən 7-si uşaq, biri qadındır.



***
(20:50)

Qəzzada İsrail əsgərləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 52-yə çatıb.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qarşıdurma zamanı 2410 fələstinli yaralanıb. Ölü və yaralı sayının artacağı istisna edilmir.

***
(19:05)

Qəzza bölgəsində ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən fələstinlilərlə İsrail ordusu arasında toqquşmalarda ölü sayı getdikcə artır.

AzVision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin silahlı müqaviməti nəticəsində 43 fələstinli həlak olub, 1693 nəfər isə yaralanıb.

Qeyd edək ki, ABŞ-ın İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən Qüdsə köçürməsinə qarşı Qəzza zonasının inzibati sərhəd bölgəsində fələstinlilər kütləvi etiraz aksiyası və “Qayıdış marşı” yürüşü keçirirlər.



AzVision.az


Teqlər: Qəzza   Fələstin   İsrail  





Xəbər lenti