Lavrov və Kerri Bruneydə görüşəcəklər

Lavrov və Kerri Bruneydə görüşəcəklər
  09 Oktyabr 2013    Oxunub:1162
Rusiyanın XİN rəhbəri Sergey Lavrov və ABŞ Dövlət katibi Con Kerri arasında növbəti görüş çərşənbə günü Bruneydəki Şərqi Asiya sammitində (ŞAS) keçiriləcək.
AzVision.az-ın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya nümayəndə heyəti tərkibindəki mənbə məlumat verib.

Bildirək ki, Sammit oktyabrın 9-10-da Bruneydə keçirilir.

Mənbədən, həmçinin görüşün ABŞ tərəfinin təşəbbüsü ilə keçiriləcəyi və Kerri illə Lavrovun, böyük ehtimalla, Sammit naharından sonra söhbət edəcəkləri bildirilib.

Görüşlərin nə üçün bu qədər tez-tez keçirilməsinə dair sualı mənbə belə cavablandırıb: "Görünür, Amerika tərəfi mütəmadi dialoqun mühüm olduğunu hiss edir."


Teqlər:





Xəbər lenti