Mursinin məhkəməsinin vaxtı açıqlandı

Mursinin məhkəməsinin vaxtı açıqlandı
  10 Oktyabr 2013    Oxunub:1233
Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəmə prosesinin vaxtı müəyyənləşib.
AzVision.az xəbər verir ki, Misir məhkəməsi oktyabrın 9-da ölkənin hakimiyyətdən devrilmiş prezidenti Məhəmməd Mursinin məhkəmə prosesinin vaxtını açıqlayıb. Məhkəmə qətnaməsinə əsasən, qətllərə təhriketmə işi üzrə dinləmələr bu ilin noyabrın 4-də başlanacaq. Mursi ilə birlikdə 14 nəfər də məhkəmə prosesinə cəlb olunacaq.

Mursi və onun tərəfdarları 2012-ci ilin dekabrında prezident sarayı qarşısında etiraz aksiyaları zamanı nümayişçilərin öldürülməsində ittiham olunur. O, bu ilin iyulun 4-də Misir ordusu tərəfindən hakimiyyətdən devrilərək həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti