Prezident Norveç kralını təbrik edib

  16 May 2018    Oxunub : 488
Prezident Norveç kralını təbrik edib
Azərbaycan prezidenti İlham Əliyev Norveç kralı V Haraldı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, məktubda deyilir: “Əlahəzrət, Norveç Krallığının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Norveç xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

AzVision.az

Teqlər: İlham-Əliyev