Rektor “Tvinninq” layihəsinin ekspertilə görüşüb

Rektor “Tvinninq” layihəsinin ekspertilə görüşüb
  16 May 2018    Oxunub:1131
Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı “Azərbaycan ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı yeni Tvinninq layihəsinin Avropa İttifaqı (Aİ) üzrə rəhbəri Bruno Curvale və Fransadan olan mütəxəssis Lisa Bydanova ilə görüşüb.
Layihə çərçivəsində görüləcək işlərin müzakirə olunduğu görüşdə rektor, professor M.Babanlı ADNSU-da tədris, layihəyə hazırlıq, həmçinin Aİ ölkələri ilə əməkdaşlıq və UFAZ haqqında danışıb. Tvinninq layihəsinin ölkəmizdə təhsilin inkişafına verdiyi töhfələrdən danışan rektor M.Babanlı ADNSU-nun layihəyə qoşulmağa tam hazır olduğunu və yeni layihənin Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Layihədə nəzərdə tutulan cari işlərdən, strateji planlamadan və universitetlərlə intensiv əməkdaşlıqdan danışan “Tvinninq” layihəsinin Avropa İttifaqı (Aİ) üzrə rəhbəri B.Curvale layihə çərçivəsində pilot universitetlərdən biri kimi ADNSU ilə intensiv işlərin aparılacağını və bu səbəbdən layihənin koordinatorluğu üçün işçi qrup yaradılacağını deyib.

Qeyd edək ki, ADNSU növbəti “Tvinninq” layihəsinin pilot universitetlərindən biridir. Bu layihə Avropa Komissiyası tərəfindən 1998-ci ildə irəli sürülən əməkdaşlıq pproqramıdır. Layihənin ümumi məqsədi isə Avropa Ali Təhsil Məkanına (AATM) inteqrasiya etməklə Azərbaycanın ali təhsil sisteminin daha da inkişaf etdirilməsidir.



Teqlər:





Xəbər lenti