Millimiz Gürcüstana uduzub

Millimiz Gürcüstana uduzub
  17 May 2018    Oxunub:1238
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
AzVision.az xəbər verir ki, "Dalğa Arena"da keçirilən oyunda Rəşad Sadıqovun komandası Gürcüstan yığması ilə qarşılaşıb.

Görüşdə hesabı komandamız açsa da, sonradan 2 qol vuran gürcülər əzmkar qələbə qazanıblar. Oyun 1:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, U-20 yığmamız mayın 24 və 27-də Makedoniyanın U-21 millisi ilə 2 yoxlama oyununda qüvvəsini sınayacaq.

AzVision.az


Teqlər: Milli  





Xəbər lenti