Kayseridə Azərbaycan Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi yarandı
E. Qənbərov qeyd edib ki, təşkilatın hədəfi Kayseridə və ətraf bölgələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizi bir araya gətirməkdən ibarətdir: “Biz çalışacağıq ki, mədəniyyət, sosial və təhsil sferalarında fəaliyyət göstərən həmvətənlərimizi bir araya toplayaq. Bizim bir arada və həmrəy olmağımız vətənimiz Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasını təmin edəcəkdir.
Düşünürük ki, Mədəniyyət, Təhsil və Həmrəylik Dərnəyi təkcə Kayseridə yaşayan azərbaycanlıların birləşdiyi bir dərnək olmayacaq”.
Sonda idarə heyətinin qərarı ilə dərnəyin sədri seçilən natiq dərnəyin yaranmasında iştirak edən həmyerlilərimizə də öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən dərnəyin sədr müavini Günəş Abbas əmin olduğunu vurğulayıb ki, dərnək mütəmadi olaraq keçirəcəyi tədbirlərlə iki ölkə arasında, xüsusən də məktəblilər və gənclər başda olmaqla qardaşlıq və dostluq bağlarının güclənməsi ilə bağlı fəaliyyətlərin önəmini artıracaq.
Daha sonra çıxış edən Kayseridə yaşayan və fəaiyyət göstərən həmyerlilərimizdən Bakir Şabanov, Qafar Çaxmaqlı, Əsli Xəlilqızı, maraqlı təkliflər dilə gətirərək dərnəyə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Teqlər: