Topaz Premyer Liqasında sonuncu tur

Topaz Premyer Liqasında sonuncu tur
  20 May 2018    Oxunub:1294
Bu gün Topaz Premyer Liqasının sonuncu turuna start veriləcək.
Turun ilk günündə üç oyun keçiriləcək. Avrokuboklara düşmək ümidini itirməyən “Neftçi”, “Zirə” və “Sumqayıt” klublarının oyunları maraqla gözlənilir.

“Kapital Bank” stadionunda “Sumqayıt” “Zirə” klubunu qəbul edəcək. “Neftçi” isə Gəncə şəhər stadionunda “Kəpəzin” qonaqı olacaq. Digər qarşılaşma “Bayıl Arena”da baş tutacaq. “Səbail” “Keşlə” ilə üz üzə qələcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə 17:15-də başlayacaq.

Qeyd edək ki, tura “Qəbələ” “Qarabağ” oyunu ilə yekun vurulacaq. Bu qarşlaşmadan sonra mükafatlandırma mərasimi olacaq.

Hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl rəsmiləşdirib. “Qəbələ” klubu 49 xalla ikinci, “Neftçi” isə 43 xalla üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Zirə” (41 xal), “Sumqayıt” 40 (xal), “Keşlə” (28), “Səbail” (23) və “Kəpəz” (14) klubları qərarlaşıblar.

AzVision.az


Teqlər: Premyer-Liqa   Topaz  





Xəbər lenti