`Xoş gəlmisiz, yoldaş sərxoşlar!`

`Xoş gəlmisiz, yoldaş sərxoşlar!`
  10 Oktyabr 2013    Oxunub:1541
Minskdə qeyri-adi aksiya keçirilib
Minskdə maraqlı aksiya keçirilir. "Xoş gəlmisiz, yoldaş sərxoşlar!" adlı tədbirdə əsas məqsəd sərxoş vətəndaşları içkidən ayırmaqdır.

Tibb işçiləri bütün arzuedənlərə pulsuz olaraq zərərli vərdişdən xilas olmağı təklif edir. Əsas tələb seansdan əvvəlki 10 gün ərzində spirtli içkidən uzaq olmaqdır.

Bunu bacaran sərxoşlara içkinin zərərlərini başa salmaq asan olacaq. Artıq 100-dən çox sərxoş qeydiyyata yazılıb. Düzdür, onların bir çoxunu həkimə həyat yoldaşları və ya anaları gətirib.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti