Ermənistan ordusunun 17 hərbçisi ölüb - (VİDEO)

  21 May 2018    Oxunub : 5892
Ermənistan ordusunun 17 hərbçisi ölüb - (VİDEO)
Bu il ərzində Ermənistan ordusunda döyüş və qeyri-döyüş şəraitində ölən hərbçilərin sayı açıqlanıb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu günə qədər işğalçı Ermənistanın 17 hərbçisi ölüb.



Məlumatda onlardan birinin silahdan istifadə qaydasına düzgün əməl etmədiyi, beşinin yol-nəqliyyat hadisəsi, üçünün qətlə yetirilməsi, yaxud ölüm həddinə çatdırılma, ikisinin səhhətində yaranan problem nəticəsində öldüyü qeyd olunub. Cəbhədə atəşkəsi pozan 4 erməni hərbi qulluqçu cavab atəşi ilə öldürülüb, 2 hərbçi isə naməlum şəraitdə ölüb.

Qeyd edək ki, ötən ilin yanvar-aprel ayında Ermənistan ordusunda 8 ölüm faktı qeydə alınmışdı.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Ordu   Əsgər   Ölüm