Bir sinfin 7 məzunu 600-dən çox, biri isə 700 bal yığıb - (VİDEO)

  21 May 2018    Oxunub : 16364
Bir sinfin 7 məzunu 600-dən çox, biri isə 700 bal yığıb - (VİDEO)
Natiq Behbudov adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin 11 A sinfinin 8 şagirdi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri isə 700 bal yığıb.
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov AzVision.az-a açıqlamasında bildirib ki, şagirdlərin yüksək nəticələr göstərməsi gözlənilən idi.



“6 nömrəli məktəb rayonun ən yaxşı məktəblərindəndir. Hər il 3-4 məzun 600-dən çox bal toplayıb. Bu il bu rəqəm iki dəfə artdı. 1 şagird 700 bal, qalan 7 şagird isə 600-dən yuxarı nəticə göstərib. 700 bal toplayan şagird Vasif Əsədovdur. Sabrina Yolçuyeva 656, Ramil Ağayev 655, Səbinə Kərimova 635, Murad Hacıyev 620, Rəşad Musayev 616, Kənan Məmmədov 610, Ceyran Mehdiyeva isə 605 bal toplayıb”.

Təhsil şöbəsinin müdiri bildirib ki, müəllimlərin apardığı uğurlu işin nəticəsində gözlənilən nəticələr əldə edilib. “Son 3 ildir ki, rayonumuzda 700 bal toplayan şagirdlər olub. 6 nömrəli məktəbdən iki 700 bal toplayan şagird gözləyirdik, amma biri özünü doğrultdu. Dövlət İmtahan Mərkəzi tərəfindən nəticələr açıqlanmadığı üçün tam məlumat verə bilmirik. Bu, şagirdlərin yazılarına əsasən hesablanıb”.


(700 bal toplayan şagird Vasif Əsədov)

Aytən Zəhra
AzVision.az

Teqlər: 700-Bal   İsmayıllı