“Cümhuriyyət 100 sual” – AzVisiondan maraqlı yubiley layihəsi (Onlayn test)

  21 May 2018    Oxunub : 20702
“Cümhuriyyət 100 sual” – AzVisiondan maraqlı yubiley layihəsi (Onlayn test)
Azərbaycan Demokratik Cümhuriyyəti – bizim qürur yerimiz, hər bir vətəndaşın bilməyə borclu olduğu şanlı tariximizdir.Bəs biz Cümhuriyyətimizi lazım olduğu qədər tanıyırıqmı? Bu şanlı tariximizin haqqında nələri bilir, nələri bilmirik?
AzVision.az saytının xüsusi layihəsi olan “Cümhuriyyət 100 sual” şanlı tariximizlə bağlı biliklərimizi yoxlamaq, bilmədiyimiz məqamları öyrənmək üçün nəzərdə tutulub.

Dəyərli tarixçimiz, tarix elmləri doktoru Kərəm Hətəmoğlu Məmmədovun xüsusi olaraq layihə üçün hazırladığı suallar elə seçiliblər ki, testdən keçənləri həm düşündürsün, həm də öyrətsin.

100 sual mövzulara uyğun şəkildə qruplaşdırılaraq, 10 bölmədə yerləşdirilib. Hər bölmədə 10 sual var.

Suallara cavab vermək üçün avtomatik olaraq feysbuk adı ilə saytda qeydiyyata düşəcəksiniz. Sizdən heç bir parol tələb olunmur. Sadəcə, feysbukdakı adınız götürülür. Bu, onun üçün lazımdır ki, sayt sizi yadda saxlasın və hər dəfə testə qaldığınız yerdən davam edə biləsiniz. Eyni zamanda, saytda ən yaxşı nəticələr göstəriləndə interaktiv siyahıda sizin sosial şəbəkədəki adınız əks olunacaq.

Siz bəyəndiyiniz sualları, həmçinin nəticələri #cumhuriyyet100 haştaqı ilə sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Viktorina başa çatandan sonra düzgün sualların cavabları və qısa izahlar saytda yerləşdiriləcək.

Sizi Şanlı Cümhuriyyət tariximizdə maraqlı bir səyahətə dəvət edirik!


Teqlər: Cümhuriyyət   Cümhuriyyət-100