Pərviz Müşərrəf azadlığa buraxıldı

Pərviz Müşərrəf azadlığa buraxıldı
  10 Oktyabr 2013    Oxunub:1206
Pakistanın eks-prezidenti Pərviz Müşərrəf azadlığa buraxılıb.
Bu ölkənin Ali Məhkəməsinin qərarı ilə 6 aydır ev həbsində saxlanılan keşmiş dövlət başçısı 9 min 400 dollar ödəməklə zaminliyə buramxılıb. Müşərrəfin şəxsi vəkili xəbəri təsdiqləyib və bildirib ki, keçmiç prezident Pakistanı tərk edərək Birləşmiş Ərəb Əmirliklərinə yollana bilər. Pərviz Müşərrəfin sədri olduğu partiya-Pakistan Müsəlmanları Liqası isə hələ ki, bununla bağlı heç bir açıqlama verməyib.

Məlumat üçün bildirək ki, Müşərrəf 1999-uncu ildə hərbi çevriliş həyata keçirərək hakimiyyətə gəlmişdi. O 2008-ci ilə qədər bu postda qalmağa müvəffəq oldu. Vəzivəsini tərk etdikdən sonra Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində sürgün həyatı yaşayan Pərviz Müşərrəf 2013-cü ildə prezident seçkilərində iştirak etmək üçün ölkəsinə geri dönmüşdü.

S.Həsənova


Teqlər:  





Xəbər lenti