Obama xanımı ilə birlikdə serial çəkəcək
Barak və xanımı Mişel serial, kino və sənədli filmlərin çəkilməsi ilə məşğul olan şirkətlə müqavilə bağlayıb. Bu barədə "Netflix"nin "Tvitter" səhifəsi məlumat yayıb. Obama məlumatı təsdiqləyərək yeni işin onda həyəcan yaratdığını söyləyib. Eks-prezident ətrafına yaradıcı insanları toplayacağını bildirib.
Qeyd edək ki, Barak Obama Donald Trampdan əvvəl ABŞ-ın prezidenti olub.
AzVision.az