DİM rəhbəri abituriyentlərə xəbərdarlıq etdi

DİM rəhbəri abituriyentlərə xəbərdarlıq etdi
  22 May 2018    Oxunub:1691
“Ali məktəblərə yaz qəbul imtahanlarında nəticə göstərib, yay imtahanında nizam-intizamı pozanların nəticələri ləğv olunacaq”
. AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O, həmçinin bildirib ki, yaz imtahanında qayda pozanlar yay imtahanına buraxılmayacaq.

“Elə abituriyentlər var ki, birinci imtahandan sonra ikinci imtahana nizam-intizamı pozmaq məqsədilə daxil olurlar. Hesab edirlər ki, birinci imtahanda nəticələri var və yetərlərdir. İkinci imtahana qayda pozmaq üçün daxil olurlar. Yaz imtahanlarında da telefon keçirməyə, köçürməyə və ya başqasının əvəzinə keçməyə cəhdlər olub. Onların imtahan nəticələri ləğv olunub və yay imtahanına buraxılmayacaq”.

M.Abbaszadə bildirib ki, ötən il yaz və yay imtahanlarının nəticələri arasında 20 bal fərqi qeydə alınıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti