Samir Əliyev “Səbail”dən ayrıldı

Samir Əliyev “Səbail”dən ayrıldı
  22 May 2018    Oxunub:1161
"Səbail" PFK-nın rəhbərliyi ilə baş məşqçi Samir Əliyev arasında görüş keçirilib.
Klubun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə “Səbail”in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb.

Qarşılıqlı razılıq əsasında Samir Əliyevin "Səbail" PFK-nın baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

"Səbail" PFK Samir Əliyevə klubun baş məşqçisi kimi fəaliyyətinə görə təşəkkür edir. Ona gələcək karyerasında uğurlar arzulayır.

AzVision.az


Teqlər: Səbail   Samir-Əliyev  





Xəbər lenti