Avropa Xalq Partiyasının sədri öldü

Avropa Xalq Partiyasının sədri öldü
  10 Oktyabr 2013    Oxunub:1286
Avropa Xalq Partiyasının sədri Vilfird Martens Oktyabrın 10-da dünyasını dəyişib.
Belçikanın keçmiş baş naziri , Avropa Xalq Partiyasının sədri Vilfird Martens Oktyabrın 10-u, gecə saatlarında vəfat edib. Bu barədə Belçika mətbuatı məlumat yayıb.
Vilfird Martensin 77 yaşı vardı. Onun sədrliyi Avropa xalq Partiyası Avropa Parlamentində ən böyük siyasi partiyaya çevrildi, Avropa ittifaqı siyasətində böyük təsir gücünə malik oldu.

Xatırladaq ki, Martens damarlarında qan keçməzliyi problemi ilə təcili olaraq xəstəxanaya yerləşdirilmiş və 10 gün orada müalicə almışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti