Dünya seçkiləri belə təqdim etdi

Dünya seçkiləri belə təqdim etdi
  10 Oktyabr 2013    Oxunub:1029
Ölkəmizdə keçirilən prezident seçkilərinin ilkin nəticələri dünyanın nüfuzlu Kütləvi İnformasiya Vasitələrinin diqqət mərkəzindədir.

«Euronews», «BBC», «CNN» «DVTV» telekanalları, «Reuters», «Associated Press», «Frans Press», «Sinxua» agentlikləri, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və bir sıra aparıcı dövlətlərin kütləvi informasiya vasitələri ölkəmizdə keçirilən seçkilərin ilkin nəticələri ilə bağlı məlumatları xəbər bülletenlərində yerləşdirib.

Azərbaycanda keçirilən prezident seçkilərinə xüsusi xəbər başlıqları ilə yer ayıran "Euronews" telekanalı səsvermənin ilkin nəticələrinə görə böyük səs çoxluğu ilə qalib gələn İlham Əliyevin uğurlarına diqqət ayırıb. Ücüncü dəfə xalqın inamını qazanan İlham Əliyevin rəhbərlik etdiyi dönəmdə Azərbaycanın bütün sektorlarında sürətli inkişafın olduğu xüsusi vurğulanıb.
“İlham Əliyevin seçki zəfəri” başlıqlı xəbərdə BBC əsasən seçkilərdə müsahibələrə yer ayırıb. Xəbərin sonunda ilkin nəticələri qeyd edən kanal Azərbaycan xalqının seçiminin sabitlik və inkişaf olduğunu bildirir.

CNN telekanalı da öz saytında Azərbaycanda prezident seçkiləri barəsində material dərc edib. Məqalədə seçkilərin vahid lideri hazırkı Prezident İlham Əliyevin olması xüsusi vurğulanıb. Məqalədə ötən illərdə Azərbaycanın sürətlə inkişaf etməsi və bunun sayəsində Dünya İqtisadi Forumunun Qlobal Rəqabətqabiliyyətlilik üzrə Hesabatına əsasən Azərbaycanın iqtisadi inkişafın artımına görə 148 ölkə arasında 39-cu yerə yüksəlməsi bildirilir.

Almaniyanın məhşur DVTV telekanalı isə İlham Əliyevi seçkilərin vahid lideri olduğunu qeyd edib. Mərkəzi seçki Komissiyasının ilkin nəticələrini qeyd edən telekanal qələbəyə gedən yolu Azərbaycandakı inkişafla əlaqələndirib.
“Reuters”, “Associated Press”, “Frans Press” və “Sinxua” agentlikləri seçkinin qalibinin İlham Əliyev olduğunu yazır. Agentliklər əməkdaşlarının görüntü aldığı seçki məntəqələrində qanun pozuntusuna yol verilmədiyini, məntəqələrin isə bütün texniki təchizatla təmin edildiyini bildirib.

Rusiyanın “Ria Novosti” xəbər saytının əsas səhifəsində prezident İlham Əliyevin böyük səs faizi ilə qələbə qazanmasından bəhs edən məqalə dərc olunub. Xəbər saytı qələbəni İlham Əliyevin Azərbaycanı bölgənin aparıcı dövlətə çevirməsi ilə əlaqələndirib. Saytda səsvermə günü ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması və məntəqələrdə qanun pozuntusuna rast gəlinmədiyi vurğulanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti