Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq

Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq
  23 May 2018    Oxunub:1240
"Vəkillər Kollegiyasına yeni üzvlərin qəbulu davam edir. İxtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 87 nəfər vəkilliyə namizəd bu gün and içdi. Beləliklə, ilk dəfə olaraq Azərbaycanda vəkillərin sayı 1100 nəfəri ötüb"
Bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlmasında deyib. A.Bağırov bildirib ki, hazırda Azərbaycanda 1128 vəkil fəaliyyət göstərir.

"Bu proses davam edəcək. Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirəm ki, ilin sonunadək Azərbaycanda vəkillərin sayı 1500-ə çatacaq".

AzVision.az


Teqlər: Vəkillər-Kollegiyası  





Xəbər lenti