Cüzeppe Verdinin 200 illiyidir

Cüzeppe Verdinin 200 illiyidir
  10 Oktyabr 2013    Oxunub:1522
Bu gün dünya şöhrətli italiyalı bəstəkar Cüzeppe Verdinin ad günüdür.
İtalya bəstəkarı Cüzeppe Verdi 1813-cü ilin oktyabrın 10-da anadan olub. O, ilk operası “Oberto”nu 1838-ci ildə qələmə alıb. Verdi “Nabucco”, “Lombardi”, “Ernani”, “I due Foscari”, “Alzira”, “Atilla”, “Maqbet”, “Riqoletto”, “İl Trovatore”, “Aida”, “Otello” operalarının müəllifidir. O, 1901-ci ilin yanvarın 27-də vəfat edib.

İtaliyanın bütün opera teatrlarında 200 illiyi münasibətilə Verdinin kompozisiyaları səsləndirilir. Milanın `La Skala` teatrı bu gündən qapılarını ziyarətçilərin üzünə açıb. Burada Verdinin əsərləri səsləndiriləcək, hazırlanmış tamaşada məşhur aktyor və rejissorlar Verdinin məktublarını oxuyacaqlar.



AzVision.az


Teqlər:





Xəbər lenti