
Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib. 20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb. Fuad Poladov 43 filmə çəkilib.

Qeyd edək ki, mərhum aktyor mayın 5-də uzun sürən xəstəlikdən sonra 69 yaşında vəfat edib. Mərhumla vida mərasimi evində keçirilib. Vida mərasimindən sonra “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.


AzVision.az