Bakı metrosunda gənc özünü qatar yoluna atdı - (VİDEO)
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzVision.az-a bildirib ki, bu gün səhər saat 09:25-də gənc oğlan özünü "Həzi-Aslanov"-"İçərişəhər" istiqamətində hərəkət edən qatarın yoluna atıb.
"Qatar yolundakı gərginlik dayandırılıb və oğlan oradan çıxarılıb. Hazırda qatarların hərəkəti normal qaydada davam edir", -deyə N.Paşayev vurğulayıb.
Anar Kəlbiyev
AzVision.az