“Məktəblərdəki problemlərin kökü kadrlardadır” - Deputat

“Məktəblərdəki problemlərin kökü kadrlardadır” - Deputat
  24 May 2018    Oxunub:1314
“Məktəblərdə olan problemlərin kökü kadrlardadır. Təhsil Nazirliyi hər bir məktəbə nəzarət edə biləcək gücdə deyil. Əgər məktəbdə direktor, direktor müavinləri və müəllimlər yerindədirsə, həmin məktəbdə heç bir problem ola bilməz”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib. Deputat bildirib ki, pedaqoji kadrların seçilməsi ilə bağlı tələblərin konkret müəyyənləşdirilməsi məktəbləri kadr potensialı baxımından sağlamlaşdıracaq.

“Heç kəsə sirr deyil ki, 1980-ci illərin sonu, 1990-cı illərin əvvələrində kolxoz və sovxoz sistemi dağılandan sonra kimlər müəllim oldu... Qanunvericilikdə edilən dəyişikliklər məktəbləri kadr baxımından tamamilə sağlamlaşdıracaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Musa-Qasımlı  





Xəbər lenti