607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub

607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub
  24 May 2018    Oxunub:1134
Mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 607 şəxs cəzanın çəkilməmiş hissəsindən azad olunub.

Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər, həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 9 nəfər cəzadan azad edilib.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 11 nəfər isə cəzadan azad olunub.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti