Kanadada güclü partlayış - 15 yaralı (VİDEO)

Kanadada güclü partlayış - 15 yaralı (VİDEO)
  25 May 2018    Oxunub:5456
Kanadanın Ontario vilayətinin Missisoqo şəhərində yerləşən "Bombay Bhel hind" restoranında güclü partlayış baş verib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 15 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti ağırdır.



Polisin verdiyi məlumata görə, hadisə bomba yerləşən cihazın partlaması nəticəsində baş verib. Hüquq-mühafizə orqanları restorana bombanı qoyaraq, hadisə yerindən qaçan 2 nəfər şübhəlinin axtarışındadır. Onlardan birinin 20 yaşlarında olduğu bildirilir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Kanada   Partlayış  





Xəbər lenti