Universitet Sənaye Parkı ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Müəssisələr arasında əlaqələrin güclənməsinin əhəmiyyətini qeyd edən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, prof., i.e.d. Vilayət Vəliyev ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Təmsil etdiyi müəssisə haqqında tədbir iştirakçılarına qısa məlumat verən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov tərəflərin birgə əməkdaşlığı üçün kifayət qədər imkan olduğunu bildirib.
Görüşün sonunda ADNSU, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Teqlər: