Səbrli insansınızmı – TEST

Səbrli insansınızmı – TEST
  05 Mart 2013    Oxunub:4146
“Müdrikliyin sirri səbrdir” (Platon)

AzVision.az-ın təqdim etdiyi testin suallarına cavab verməklə nə dərəcədə səbrli olduğunuzu və ya səbr kasanızı daşırmağın asan-olub olmadığını müəyyən edə bilərsiniz.
1) Sevdiyiniz şəxs görüşə gecikir, mobil telefonuna isə zəng çatmır. Sizin reaksiyanız ?

a) “Hər şey ola bilər” deyib, özünüzü sakit aparırsınız – 1 bal
b) Bir qədər əsəbiləşir, sonra düşünürsünüz ki, yəqin, telefonunda problem var, buna görə də gecikəcəyini sizə xəbər verə bilmir – 2 bal
c) Hirsinizi zorla boğur, gələn kimi hər şeyi onun üzünə deməyə hazırlaşırsınız – 3 bal

2) Zəng edərkən “Bir qədər xəttdə gözləyin, abunəçi məşğuldur” cavabını eşidəndə nə edirsiniz?

a) Gözləyirsiniz, lakin bununla yanaşı, əhvalınız da pozulur – 2 bal
b) “Problem deyil”, deyib, bir qədər gözləyirsiniz – 1 bal
c) Bir az sonra zəng etməyi üstün tutursunuz – 3 bal

3) Sevdiyiniz bir televiziya proqramını izləyərkən ara-sıra göstərilən reklamlara münasibətiniz?

а) Bu vaxt ərzində başqa bir işlə məşğul olursunuz -2 bal
b) Baxırsınız, çünki bəzən reklamlarda faydalı məlumatlara rast gəlmək olur – 1 bal
c) O dəqiqə kanalı dəyişirsiniz – 3 bal

4) Kinoteatra gələn zaman sizin çox bəyəndiyiniz tamaşanın yalnız sabah nümayiş etdiriləcəyindən xəbər tutursunuz. Belə bir vəziyyətdə nə edərdiniz ?

a) Çox fikirləşmədən başqa bir filmə gedərsiniz – 3 bal
b) Sabah yenə gələrsiniz – 1 bal
c) Hər şey əhvalınızdan asılıdır. Ona uyğun olaraq davranarsınız – 2 bal

5) Nəqliyyat vasitəsində kimsə bilmədən ayağınızı tapdalayarsa, nə edərsiniz ?

a) Fikir verməzsiniz, çünki özünüz də dəfələrlə kiminsə ayağını tapdalamısınız – 1 bal
b) Üzr istəsələr, problem yoxdur – 2 bal
c) Mütləq etirazınızı bildirib, qarşınızdakı şəxsdən üzr istəməsini tələb edərsiniz – 3 bal

6) Özünüzə daha yaxın hesab etdiyiniz variantı seçin.

a) ”Səbr – ümid etmək bacarığıdır” - 1 bal
b) “Boş-boş ümid etməyin sonu yoxdur” – 3 bal
c) “Səbrli olmaq - əla xüsusiyyətdir, lakin getdikcə insanı laqeyd edir” – 2 bal

7) Dostunuz sizə nə isə demək istəyir, lakin fikrini dəqiq izah edə bilmir. Sizin reaksiyanız?

a) Səbrlə dinləyirsiniz, çünki maraqlı olan elə məsələni xırda detallarıdır – 1 bal
b) Ustalıqla söhbəti məsələnin əsas məğzinə doğru yönəltməyə çalışırsınız – 2 bal
c) Onun sözünü yarıda kəsir və nəhayət, nə demək istədiyini soruşursunuz – 3 bal

8) Sevdiyiniz şəxs son zamanlar gərgin görünür, lakin problemlərini sizinlə bölüşmək istəmir. Ona münasibətiniz?

a) Onu məcbur etmirsiniz , lakin ”hər zaman səni dinləməyə hazıram” deyib, yanında olduğunuzu bildirirsiniz – 1 bal
b) Onun sizə etibar etmədiyini düşünürsünüz – 3 bal
c) Mübahisə etməkdən çəkinsəniz də, hər zaman onun problemlərinin səbəbləri barədə düşünəcəksiniz – 2 bal

Ballarınızı toplayın və nəticələrlə tanış olun

8-12 bal: Təbiət sizə Səbr kimi böyük keyfiyyət bəxş edib. Bununla yanaşı, siz öz tələb və maraqlarınızı başqalarının tələb və maraqları ilə uyğunlaşdıra bilirsiniz. İstisna deyil ki, siz təbiətcə sülhsevər bir insansınız. Ən gərgin vəziyyətlərdə belə, ortaya çıxan problemləri ört-basdır etməyə çalışırsınız.

13-18 bal: Qismən də olsa, səbriniz var. Bununla yanaşı, bəzən şəraitdən asılı olaraq, öz niyyətinizdən asanlıqla əl çəkirsiniz. Demək olmaz ki, psixoloji dözümünüz yoxdur, bununla belə çətin vəziyyətlərdən qaçırsınız. Çətinə düşəndə isə “Yüz ölç, bir biç” deyiminə uyğun hərəkət edirsiniz.

19-24 bal: Bütün məqsədlərə çatmaq üçün səbrli olmaq lazımdır! Hazırki vəziyyətdə isə hər birimizdən daha çox səbr etmək tələb olunur. Buna görə də səbrli olmağa çalışın!


Teqlər:  





Xəbər lenti