Azadlığın ilk anları - VİDEOREPORTAJ

Azadlığın ilk anları - VİDEOREPORTAJ
  25 May 2018    Oxunub:22523
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə imzaladığı əfv sərəncamı icra olunub.

AzVision.az xəbər veri ki, 634 nəfərə şamil olunan əfv sərəncamı ilə azadlığa çıxanlar arasında qadınlar və xarici ölkə vətəndaşları da var.
Sərəncamın icrası ilə bağlı bu gün səhər saatlarında Pentensiar Xidmətinin balansında olan 2, 9 və 17 saylı cəzaçəkmə müəssisələrində tədbir keçirilib.



Tədbirdə çıxış edən 2 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fikrət Qafarov və digər qonaqlar azadlığa çıxanları təbrik edərək, onlara bir daha cinayət törətməməyi tövsiyyə ediblər. Tədbirdən sonra 84 nəfər azadlığa qovuşub.

Prezidentin sərəncamı ilə əfv olunan şəxslər azadlıqda olmağın sevincini yaşayıblar. Onların ailə üzvləri və yaxınları bu günü səbrsizlikə gözlədiklərini deyiblər.

Müxbir: Anar Kəlbiyev
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Əfv   Məhkum   Həbsxana  





Xəbər lenti