Yığmamız Bolqarıstana uduzdu

Yığmamız Bolqarıstana uduzdu
  27 May 2018    Oxunub:1467
Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası növbəti yoldaşlıq oyununu keçirib.
AzVision.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, Bolqarıstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız məğlub olub - 1:2. Yığmamızın qolunu Sona Rəhimova vurub.

Qeyd edək ki, komandalar arasında 3 gün əvvəl keçirilmiş oyun da eyni hesabla bolqarıstanlı futbolçuların xeyrinə başa çatmışdı.

AzVision.az


Teqlər: AFFA  





Xəbər lenti