"Qəbələ"nin baş məşqçisi istefa verdi

"Qəbələ"nin baş məşqçisi istefa verdi
  29 May 2018    Oxunub:1996
"Qəbələ" futbol klubunun baş məşqçisi Roman Qriqorçuk vəzifəsindən istefa verib.
AzVision.az xəbər verir ki, o, bu barədə Azərbaycan Kubokunun final oyunundan sonra jurnalistlərə açıqlamasında bildirib.

"Bu, "Qəbələ"də son oyunum idi. Finalda belə ab-havaya görə minnətdarlıq edir, Cumhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan xalqını təbrik edirəm", - Qriqorçuk deyib.

Qeyd edək ki, Azərbaycan Kubokunun bu gün keçirilən final oyununda "Qəbələ" öz meydanında "Keşlə"yə 1:0 hesabı ilə məğlub olub.

AzVision.az


Teqlər: Qəbələ   Qriqorçuk  





Xəbər lenti