Türkiyə - Ermənistan barışığı gündəmə gəlir

Türkiyə - Ermənistan barışığı gündəmə gəlir
  11 Oktyabr 2013    Oxunub:1299
İsveçrədə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla münasibətlərin bərpasının yenidən gündəmə gələcəyini bildirib.
AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, İsveçrədə səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla münasibətlərin bərpasının yenidən gündəmə gələcəyini bildirib. Davudoğlu indi bəzi yaradıcı fikirlərlə, yeni düşüncələrlə bunu inkişaf etdirməyə, yaxınlaşdırmağa çalışdıqlarını deyib. "Qarşıdan gələn dövr ərzində bu istiqamətdə işlərimizi artıracağıq”,- deyə o vurğulayıb.

Dörd il qabaq Türkiyə ilə Ermənistan arasında imzalanan protokoldan danışan Türkiyə xarici işlər naziri söyləyib: “Biz Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına önəm veririk. Amma bunun həmişəlik qalması üçün Ermənistanla Azərbaycan arasındakı Qarabağ probleminin həll edilməsi və Azərbaycan torpaqlarının işğalının sona çatdırılması lazımdır.

Bu məsələdə İsveçrənin yardımlarına ümid edirik.

Biz 4 il öncə Ermənistan ilə Türkiyə arasında imzalanan protokolun uğurlu şəkildə həyata keçməsi üçün çox çalışdıq. Ümid edirk ki, bunlar tamamilə gündəmdən düşməyib".


Teqlər:





Xəbər lenti