İran kosmosa daha üç peyk buraxacaq

İran kosmosa daha üç peyk buraxacaq
  11 Oktyabr 2013    Oxunub:1132
İran yarım il ərzində kosmosa daha üç peyk buraxacaq.
İran ölkədə istehsal olunmuş üç peyki yarım il ərzində orbitə buraxmağı planlaşdırır. Azvsison.az Press TV telekanalına istinadən xəbər verir ki, bu barədə İran kosmik agentliyinin rəhbərinin müavini Həmid Fazeli cümə axşamı deyib.

Fazeli bildirib ki, "Tədbir" və "Şərif Sat" peykləri ilin sonunda kosmosa buraxılacaqlar.

O, əlavə edib ki, "Tədbir" peyki İranın elm və texnologiyalar universiteti ilə əməkdaşlıq şəraitində istehsal olunub, "Şərif Sat" isə Şərif texnologiya universitetinin tələbə və alimləri tərəfindən hazırlanıb.

Fazeli qeyd edib ki, İran kosmik agentliyi hər iki peykin sınağını iki ay ərzində keçirəcək.

" "Şərif Sat peyki" yüksək dəqiqlik təsvirləri ilə çəkəcək və onları yerüstü stansiyasına ötürəcək", - Fazeli deyib.

Onun sözlərinə görə, "Tədbir" peyki əvvəllər artıq kosmosa buraxılmış "Navid-e Elm-o Sənət" peykin təkmilləşdirilməsidir.

"Peyk GPS-lə təchiz olunub, eləcə də yüksək dəqiqliklə təsvirləri çəkir", - Fazeli bəyan edib.

Fazeli əlavə edib ki, hazırda Əmir Kəbir adına Tehran texnologiya universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlanan "Nahid" kosmik peyki, həmçinin təqvim ilinin sonuna orbitə çıxarılacaqdır.

İran 2009-ci ildə özünün ilk müstəqil şəkildə hazırlanmış Omid (Ümid) kosmik peykini buraxıb.


Teqlər:





Xəbər lenti