Suriyada daha 20 nəfər həyatını itirdi

Suriyada daha 20 nəfər həyatını itirdi
  11 Oktyabr 2013    Oxunub:1270
Suriya paytaxtının şəhərətrafı qəsəbənin atəşə tutulması nəticəsində ən azı 20 nəfər həlak olub
Suriya paytaxtının əsasən xristianlar və druzlar yaşayan şəhərətrafı qəsəbəsi Caramana, cümə axşamı minomyot atəşinə məruz qalıb, ən azı 20 nəfər həlak olub, daha 23 nəfər yaralanıb. AzVsison.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya dövlət xəbər agentliyi SANA xəbər verir.

Üç minomyot mərmisi Dəməşq tərəfindən Caramananın girişində yerləşən ticarət mərkəzinin yaxınlığında, daha bir mərmi isə şəhər xəstəxanası ilə yanaşı partlayıblar, yerli KİV-lər məlumat verir.

Partlayış yerində binalara ciddi ziyan dəyib, ticarət mərkəzi və xəstəxana yaxınlığında saxlanılmış avtomobillər dağıdılıb və zədələnib.
Digər təfərrüatlar barədə məlumat verilmir.


Teqlər:





Xəbər lenti